Modern.az

Azərbaycanda qanunsuz tələbə qəbulu təşkil edən vəzifəli şəxslər ifşa olundu

Azərbaycanda qanunsuz tələbə qəbulu təşkil edən vəzifəli şəxslər ifşa olundu

Təhsil

18 Aprel 2013, 17:36

Azərbaycanda qanunsuz tələbə qəbulu təşkil edən müəssisələrin vəzifəli şəxslərinin qanunazidd əməlləri ifşa edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Vətəndaşların ali təhsil müəssisələrinə qanunsuz qəbulunu təşkil edən müəssisələr barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Müəyyən edilib ki, Bakı şəhərində fəaliyyət göstərən “İNFO-RTM” MMC və “İnnovasiya” MMC-nin vəzifəli şəxsləri qulluq səlahiyyətlərindən  qulluq mənafelərinə qəsdən zidd olaraq 2009-2010-cu illərdə Rusiya Federasiyasının İnformasiya Texnologiyaları İnstitutunun vasitəçiliyi ilə 400-ə yaxın ölkə vətəndaşlarının müxtəlif ixtisaslar üzrə Rusiya Dövlət Maşınqayırma İnstitutuna, 500-ə yaxın vətəndaşın isə Rusiya Federasiyasının Humanitar Akademiyasına qanunsuz qəbulunu təşkil etməklə vətəndaşların və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurublar.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə  cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal