Modern.az

Avropa yeni qaçqın axınına HAZIRLAŞIR

Avropa yeni qaçqın axınına HAZIRLAŞIR

Dünya

22 Oktyabr 2022, 19:58

Avropa İttifaqı (Aİ) ölkələri müharibədən qaçan Ukrayna vətəndaşlarının yeni axınına hazırlaşır və gələcəkdə bu vəziyyətdən çıxmaq üçün tədbirlər görür.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa rəsmilərinə istinadən "Financial Times" qəzeti yazıb.

 

Nəşr bildirib ki, Avropa qışın yaxınlaşması və Ukraynanın enerji infrastrukturunun zədələnməsi fonunda ukraynalıları qəbul etmək planı hazırlayır. Qəzetin mənbələrinin verdiyi məlumata görə, Avropa Komissiyası ukraynalıların mümkün axınına hazır olduğuna "nisbətən əmindir".

 

“Hazırda prioritetlərimiz Ukraynaya son həftələrdəki bombardmanlardan sonra çox ehtiyac duyduqları avadanlıqların tədarükünü təmin etməkdir. Onların buna çox ehtiyacı var. Onların xəstəxanalarda generatorları yoxdur. Vəziyyət günü-gündən pisləşir”, - Kiyev və Avropa Komissiyası ilə danışıqlarda iştirak edən Polşa rəsmisi nəşrə bildirib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI