Macarıstan Avropa Birliyinin mavi yanacaqla bağlı Rusiyaya qarşı tətbiq edəcəyi növbəti sanksiyalara qarşı çıxacaq.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Viktor Orbanın ofisinin rəhbəri Gerqeley Quiyas deyib.
G. Quiyas bildirib ki, Qərbin Rusiyaya qarşı qaz sanksiyaları Ukrayna müharibəsinin xeyrinə deyil, əksinə Avropanın özünün ziyanına işləyəcək.
Macarıstan hökumət başçısının sözçüsü vurğulayıb ki, Budapeşt sanksiyaların qarşısını almaqda qərarlıdır və bu məsələdə öz prinsipial mövqeyini müdafiə edəcək.