Modern.az

Azərbaycanda növbəti korrupsiya faktı aşkarlanıb

Azərbaycanda növbəti korrupsiya faktı aşkarlanıb

18 Aprel 2013, 18:50

Sumqayıt Apellyasiya Məhkəməsindən daxil olmuş xüsusi qərardad Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Baş Prokurorluğun məlumatına görə, müəyyən edilib ki, 5 may 2011-ci il tarixdə “Azərbaycan Lizinq Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətlə fiziki şəxs Bəşirov Balaca Mustafa oğlu arasında 80 min manat dəyərində 4 ədəd “EKOSTAR TB 300” markalı isitmə sisteminin lizinq yolu ilə alınması barədə müqavilə bağlanıb. Lakin lizinq verənlə lizinq alan arasında təhvil-təslim protokolu imzalanmasına baxmayaraq müqavilədə qeyd olunan avadanlıqlar kənar şəxslərə satılmaqla onun pulu cəmiyyətin hesabına mədaxil edilməyib və bununla da həmin müəssisənin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub. Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və ya sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal