Ermənistan parlamentinin sabiq deputatı Suren Manukyanın barəsində seçilmiş həbs-qətimkan tədbiri daha iki ay uzadılıb.
Modern.az xəbər verir ki, sabiq deputat məhkəmənin qərarı ilə razılaşmayıb. Onun vəkilləri qərardan apellyasiya şikayəti veriblər.
Bildirilir ki, İrəvan Ümumi Yurisdiksiya məhkəməsi hakim Razmik Marikyanın sədrliyi ilə keçən prosesdə müstəntiqin Suren Manukyanın həbs müddətinin daha iki ay müddətinə uzadılması barədə vəsatətini təmin edib.
Xatırladaq ki, Suren Manukyan “Azad Demokratlar” partiyasının rəhbəri Xaçatur Kokobelyanın oğurlanması işi üzrə həbs edilib.