Modern.az

Səfirlikdən soydaşlarımızın ölümü ilə bağlı BAŞSAĞLIĞI

Səfirlikdən soydaşlarımızın ölümü ilə bağlı BAŞSAĞLIĞI

Aktual

23 Oktyabr 2022, 16:00

Azərbaycanın Gürcüstandakı səfirliyi 21 oktyabr tarixində Polşanın Poznan şəhəri yaxınlığında 2 Marneuli və 1 Qardabani sakininin qəza nəticəsində həyatını itirməsi ilə bağlı başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi sosial şəbəkə səhifəsində paylaşım edilib.

 

"Polşanın Poznan şəhəri yaxınlığında baş vermiş avtomobil qəzası nəticəsində həlak olan üç nəfər soydaşımızın ailələrinə və yaxınlarına dərnin hüznlə başsağlığı verir, onlara səbir diləyirik. Hadisə zamanı yaralananların tezliklə şəfa tapmasını arzulayırıq", - səfirlikdən bildirilib.

 

Qeyd edək ki, qəzada ölən hər üç şəxs Gürcüstan vətəndaşıdır. Onlar Əli Abdullayev, Kərəm Bayramov və Könül Bələgözovadır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI