Modern.az

Eynşteynin 18 milyon dollarlıq muzeyi açılacaq 

Eynşteynin 18 milyon dollarlıq muzeyi açılacaq 

Dünya

23 Oktyabr 2022, 21:56

İsrail hökuməti Albert Eynşteynin sənəd kolleksiyasının yerləşəcəyi muzey açmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin İvrit (Hebrew) universiteti məlumat yayıb.

 

Bildirilir ki, hökumət muzeyə milyonlarla dollar vəsait ayırmağa qərar verib. 

 

Muzey Qüdsdəki Givat Ram şəhərciyində tikiləcək və bunun üçün hökumət təxminən 6 milyon, universitet isə daha 12 milyon dollar ayıracaq.

 

İvrit universitetinin qurucularından olan Eynşteyn təhsil ocağının qeyri-rezident rəhbəri olub.

 

Dünyanın ən məşhur fiziklərindən biri olan Albert Eynşteyn 1955-ci ildə 76 yaşında vəfat edib. O, arxivlərini universitetə ​​vəsiyyət edib. 

 

​​​​​​Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI