Yerli sakinlərin Modern.az-a verdiyi məlumata görə, zəlzələ Mingəçevir, Şəmkir, Ağdaşda, Şəki,Qax, İsmayıllı və digər rayonlarda hiss olunub.
***
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a verilən məlumata görə, yerli vaxtla 19.04.2013 tarixində saat 01:38:51-də Şəki şəhərindən 12 km cənubda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub.
Şəkidə 3 bal, Zaqatala, Qax, Oğuz rayonlarında 3 bala qədər hiss olunub. Tikillərdə dağıntı yoxdur.
Modern.az