Modern.az

Avtomobillər dərəyə aşıb - ÖLƏNLƏR VAR

Avtomobillər dərəyə aşıb - ÖLƏNLƏR VAR

24 Oktyabr 2022, 10:44

Daxili İşlər Nazirliyi həftəsonu qəzaları ilə bağlı statistika açıqlayıb.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, son iki gündə 4 avtomobil aşıb, nəticədə 4 nəfər ölüb.

 

Oktyabrın 22-də saat 17 radələrində Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində kənd sakini Ramin Qurbanov idarə etdiyi “QAZ-66” markalı avtomobili dərəyə aşırıb və nəticədə hadisə yerində ölüb.

                 

Oktyabrın 22-də saat 23 radələrində Füzuli rayonunun 1 saylı Zobucuq qəsəbəsi ərazisində qəsəbə sakini İlqar Mahmudov idarə etdiyi “UAZ” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.

 

Oktyabrın 23-də saat 1 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qəsəbə sakini Orxan Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

 

Oktyabrın 23-də saat 19 radələrində Quba rayonunun Xınalıq kəndi ərazisində rayon sakini Şıxbaba Hacıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili dərəyə aşırıb və nəticədə sərnişini olan rayon sakini Rauf Lalayev hadisə yerində ölüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU