Modern.az

AzTV ilk dəfə Rusiyanı “işğalçı dövlət” adlandırdı - VİDEO

AzTV ilk dəfə Rusiyanı “işğalçı dövlət” adlandırdı - VİDEO

Media

24 Oktyabr 2022, 14:23

Azərbaycan Televiziyanın (AzTV) efirində yayımlanan “Həftə” analitik-informasiya proqramının ötən gecəki buraxılışında Rusiya-Ukrayna müharibəsinə də geniş yer verilib.

Modern.az xəbər verir ki, AzTV ilk dəfə olaraq Rusiyanın Ukrayna ərazilərini işğal etdiyini, dinc insanları bombaladığını, Moskvanın təcavüzkar siyasət yürütdüyünü və insanlığa qarşı bəşəri cinayət törətdiyini vurğulayıb. Proqramı həmişə olduğu kimi AzTV-nin sədri Rövşən Məmmədov aparıb.

Qeyd edək ki, AzTV bununla Rusiyanın 1-ci kanalına cavab verib. Həmin kanal bundan öncə yayımladığı saxta xəritədə qondarma “Dağlıq Qarabağ” rejimini ayrıca dövlət kimi təqdim etmişdi ki, bu da Rusiyanın dövlət siyasəti olduğunu ifadə edib.

Modern.az AzTV-nin “Həftə” proqramı vasitəsilə Rusiyaya verdiyi cavabın videosunu təqdim edir:
 

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu