Modern.az

“Tənqidlərin bir hissəsini qəbul edirik” - Vitse-spiker

“Tənqidlərin bir hissəsini qəbul edirik” - Vitse-spiker

Parlament

24 Oktyabr 2022, 14:46

“Azərbaycan qanunvericiliyi qarşısında əsas vəzifələrdən biri odur ki, normativ hüquqi aktlara əsaslanan yeni qanunlar qəbul edilsin. Bu gün “Normativ hüquqi aktlar haqqında” qanunda olan müddəalar mövcud qanunun müddəalarına uyğun deyil. Yeni qanunun qəbul olunması zəruridir”. 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə “Siyasi partiyalar haqqında" yeni qanun layihəsinə dair keçirilən dinləmələrdə çıxışı zamanı parlament sədrinin birinci müavini Əli Hüseynli bildirib.

 

Vitse-spiker xatırladıb ki, ictimai müzakirələr zamanı qanunun böyük olmasına irad bildirənlər olub: “Qanun cəmi 30 maddədən ibarətdir. Almaniyada qanun bundan 2-3 qat çoxdur. Ən çox narazılıq yaradan II fəsildir. Bəziləri irad bildirir ki, aşırı tənzimləməyə gedilir. Amma balans qorunmalıdır. Bu balans qorunmasa, qanun Venesiya Komissiyasnın tövsiyələrinə də uyğun olmaz. Bu qanun layihəsi yeni hazırlanıb. Venesiya Komissiyasının rəyinə istinad olundu”. 

 

Əli Hüseynli qeyd edib ki, bütün ölkələrlə bağlı Venesiya Komissiyasının rəyləri ilə tanış olublar:

 

“Azərbaycanla bağlı mənfi rəy verilib. Müxtəlif ölkələrə münasibətdə Venesiya Komissiyası fərqli mövqe sərgiləyir. Bizim əldə tutduğumuz əsas sənəd Venesiya Komissiyası deyil. Biz başqa beynəlxalq sənədlərə istinad edirik. Qanunu hazırlayanlar deputatlardır, parlamentin işçi qrupudur. Tənqidlərin bir hissəsini qəbul edirik. Bu, rəqəmlərlə bağlı olan hissəslərdir. Amma ümumi konseptual deyilən fikirlərlə razılaşa bilmərik. Biz partiya sədrlərini narahat edən konseptual məsələləri müzakirə etməyə hazırıq. Ümumilikdə “Normativ hüquqi aktlar haqqında” qanunun tələblərinə yeni layihə uyğundur. Amma detallar, rəqəmlərlə bağlı müzakirələrə açığıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi