Modern.az

Sərkisyan Ermənistana baş nazir təyin etdi

Sərkisyan Ermənistana baş nazir təyin etdi

19 Aprel 2013, 11:44

Ermənistan hökumətinin istefaya göndərilməsindən sonra yeni təyinatlar həyata keçirilib. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, Ermənistan prezidenti baş nazir Tiqran Sərkisyanı postuna saxlayıb. Sərkisyanın sərəncamı ilə o, yenidən Ermənistanın baş naziri təyin edilib.

Hökumətin formalaşması ona tapşırılıb. T.Sərkisyan həmçinin müdafiə naziri Seyran Ohanyan və xarici işlər naziri Edvard Nalbandyanın da öz postlarında qalacaqlarını bildirib.

Qanunvericiliyə görə Ermənistanın yeni hökuməti 20 gün içində formaşalacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal