Milli Məclisin bu günkü iclasında Mədəniyyət Komitəsinin sədri, deputat Nizami Cəfərov “tarixi şəxsiyyətlərin qorunması” haqqında qanun layihəsinin hazırlanması ilə bağlı təklif irəli sürəcək.
Bu barədə Modern.az -a deputat N. Cəfərov bildirib. Millət vəkilinin sözlərinə görə, analoji qanunlar xarici ölkələrdə tətbiq olunur. “Bu qanuna görə Azərbaycanın ictimai-siyasi-mədəni həyatında önəmli rolu olmuş şəxslər barədə təhqiredici ifadələr işlədənlər müvafiq məsuliyyət daşımalıdırlar. Bu təklif Milli Məclisin digər deputat həmkarları tərəfindən də dəstəklənib. Belə qanunun qəbuluna ehtiyac var”-deyə N. Cəfərov vurğulayıb.
Modern.az