Modern.az

ANAMA –dan rəsmi AÇIQLAMA: “Bizim CFC-lə əlaqəmiz yoxdur”

ANAMA –dan rəsmi AÇIQLAMA: “Bizim CFC-lə  əlaqəmiz yoxdur”

19 Aprel 2013, 12:17

“Bizim CFC Consulting & Trading İnc  şirkəti ilə əlaqələrə aid heç bir sənəd yoxdur”.  Bunu  Modern.az saytına açıqlamasında ANAMA-nın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Səbinə Sərkərova  “Anonimos” beynəlxaq haker qrupunun Azərbaycan Rabitə və İnformaisya Texnologiyaları Nazirliyinin rəsmi saytından  oğurladığı sənədlərdə adı terroru dəstəkləməkdə ittiham etdiyi qurumla əlaqələr   haqqında yazılanlara münasibət bildirərkən deyib.

ANAMA rəsmisi onu da əlavə edib ki, bu cür informasiyalar həqiqəti əks etdirmir. “Biz serverimizə və yazışmalara da baxdıq. Araşdırdıq ki, bəlkə belə bir məlumat olar. Ancaq heç bir fakt tapa bilmədik. Çünki belə bir şey yoxdur. Biz yalnız maarifləndirmə üzrə hansısa təşkilatla əlaqə saxlayarıq. Amma hər hansı bir terrorçu təşkilatla maarifləndirmə işləri istiqamətində əməkdaşlığımız ola bilməz. Bizim haqqımızda yazılan informasiyalar yanlışdır”-deyə vurğulayıb.

“Bizim serveri araşdırdıq. Təhlükəsizliklə bağlı hər hansı problem yoxdur”-deyə S.Sərkərova bildirib.  

Xatırladaq ki, beynəlxalq “Anonimous” hakker qrupunun Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məxfi sənədlərini ələ keçirməsi ilə bağlı mətbuatda məlumatlar yer alır. Qeyd olunur ki, ələ keçirilən sənəddə nazirliyin və ANAMA-nın terrorçu qruplaşmları maliyyələşdirən CFC Consulting & Trading İnc şirkəti ilə əlaqələri haqqında materiallar var.

Aqşin Kərimov  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal