Milli Məclisin bu günkü iclasında İTV-nin Yayım Şurasının üzvlərinin təsdiqi barədə məsələ müzakirə edərkən deputat Fazil Mustafa telekanalda parlamentin işinə həsr olunmuş həftəlik proqram hazırlamağın zəruri olduğunu bildirib.
Fazil Mustava bu televiziyanın fəaliyyəti barədə danışarkən təklif edib ki, İTV-də parlamentin işinə həsr olunmuş həftəlik proqram hazırlanmalıdır:
“AzTV-də verilən çıxışlara təsirimiz yoxdur. Onların ənənəvi yanaşması var. Amma İTV-də bunu etməyə nə mane olur? MM mətbuat xidməti tərəfindən hazırlanmış bir saatlıq veriliş olsun, burada deputatların hətta tənqidi çıxışları da yer alsın”-deyə F.Mustafa vurğulayıb.
Deputat qeyd edib ki, İTV Azərbaycanda media mədəniyyətinin formalaşmasında yüksək rol oynayıb.
Modern.az