Modern.az

NATO-dan çirkli bomba iddialarına REAKSİYA 

NATO-dan “çirkli bomba” iddialarına REAKSİYA 

Dünya

24 Oktyabr 2022, 21:59

Rusiyanın Ukraynanın “çirkli bomba”dan istifadə etməyə hazırlaşdığı barədə açıqlamaları absurddur.

 

Modern.az xəbər verir ki, bunu "Politico" nəşrinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

 

O vurğulayıb ki, Rusiya Ukraynada müharibəni qızışdırmaq üçün yalan bəyanatlarla bəhanə yaratmamalıdır.

 

"Moskva bunu əvvəllər də edib, Rusiya özünün etməyi planlaşdırdığı işdə başqalarını günahlandırır", - baş katib bildirib.

 

Məlumat üçün bildirək ki, "Çirkli bomba" dinamit kimi partlayıcı qurğuların radioaktiv maddə ilə qarışığıdır. Dinamit, yaxud digər partlayıcı işə düşəndə radioaktiv maddə ətraf mühitə yayılır. Rusiya Ukraynanı "çirkli bomba" hazırlamaqda ittiham edir.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI