Modern.az

İqbal Ağazadə İTV-də özünə qoyulmuş “yasaq”dan şikayətləndi

İqbal Ağazadə İTV-də özünə qoyulmuş “yasaq”dan şikayətləndi

19 Aprel 2013, 12:39

Modern.az xəbər verir ki, Milli Məclisdə İTV-nin Yayım Şurasının yeni üzvlərinin müzakirəsində İqbal Ağazadə İctimai Televiziyanın verilişlərinə dəvət almadığından gileyləndi. “Bizim tədbirlər işıqlandırılmır, bu özəl televiziya, dövlət televiziyası deyil ki, hansısa məhdudiyyətlər olsun. Heç mənim bu çıxışımı da verməyəcəklər. Qoy desinlər ki, sonuncu dəfə nə vaxt mənim çıxışımı veriblər. Ötən həftə gənclərlə görüşüm oldu, rəsmi dəvət etdik, gəlmədilər. Onda niyə bu kanalı dövlət büdcəsindən maliyyələşdirək ki? Adını “ictimai” qoyuruqsa, burada cəmiyyətin fərqli düşünən təbəqəsi də təmsil olunmalıdır”.
Parlament sədri Oqtay Əsədov isə burada İTV-nin özünün nümayəndələrinin yox, fərqli qurumların namizədlərinin müzakirəyə çıxarıldığının söylədi. “Mən İTV-də həmişə müxalifəti də görmüşəm, iqtidarı da. Siz orada deyilsinizsə, bu o demək deyil ki, orada müxalifət yoxdur”.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal