“İctimai Televizya siyasi partiyaların yox, ictimaiyyətin televiziyasıdır”. Modern.az bildirir ki. bu sözləri Milli Məclisin iclasında aparılan müzakirələr zamanı İTV-nin ünvanına səslənən tənqidlərə cavabında deputat Hadi Rəcəbli bildirib.
O, İTV-nin fəaliyyətindən razılığını bildirərək qeyd edib bu kanalda bayağı verilişlər, şit proqramlar yoxdur. “Azərbaycanın milli-mənəvi dəyərlərini qoruyan, gəncləri bilavasitə inkişaf etdirən verilişlər hazırlayır. Amma bu televiziya siyasi partiyaların televiziyası deyil. Bu məsələyə daha geniş baxmalıyıq. Deputatlar tez-tez görünürlər, bu, yaxşı haldır. Amma yaxşı olardı ki, gələcəkdə İTV qanunların şərhinə də geniş yer ayırsın. Çünki insanlar adətən qanunları bilmədiklərindən, haqlarını müdafiə edə bilmirlər”-deyə Hadi Rəcəbli qeyd edib.
Modern.az