Modern.az

Bakıda 3 qız itkin düşdü, biri tapıldı

Bakıda 3 qız itkin düşdü, biri tapıldı

Aktual

25 Oktyabr 2022, 09:24

Bakıda 3 qız itkin düşüb, onlardan biri tapılaraq sığınacağa yerləşdirilib.

 

Modern.az-ın məlumatına görə, Yasamal rayon sakini 2007-ci il təvəllüdlü Hətəmxanova Zilan yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək itkin düşüb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin (RP) 28-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

 

Bundan əlavə, 2008-ci il təvəllüdülü Allahverdiyeva Şəlalə "Nərimanov" parkından naməlum istiqamətdə gedib və geri qayıtmayıb. Faktla bağlı araşdırma Nərimanov RPİ-də aparılır.

 

Səbail Rayon Polis İdarəsinin 8-ci PB-nin və Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 8 gün əvvəl itkin düşmüş 15 yaşlı qız paytaxt ərazisində tapılaraq sığınacağa yerləşdirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi