Modern.az

Deputat İTV-yə təklif etdi: “Qarabağ haqda video-çarx dəyişdirilməlidir”

Deputat İTV-yə təklif etdi: “Qarabağ haqda video-çarx dəyişdirilməlidir”

19 Aprel 2013, 12:50

Milli Məclisdə İTV Yayım Şurası yeni üzvlərinin müzakirəsi davam edir. Modern.az xəbər verir ki, müzakirələr zamanı çıxış edən deputat Etibar Hüseynov artıq 8 ildir İTV-də Qarabağın işğalına aid nümayiş etdirilən eyni sosial çarxın efirdən çıxarılmasını istəyib: “Televiziyada adamın gözü sataşanda elə bilirsən ki, Suriyadan xəbərlər yayılır. Pafosu, populistliyi kənara qoyaq. Yəni biz sadəlövhcəsinə inanırıq ki, dünya bu qədər anlaqsızdır, bilmir ki, Azərbaycan hansı meridianda yerləşir, işğalçı kimdir? Məncə, bu gülünc görünür. Əgər 8 ildə bu çarxlar göstərilibsə və dünyaya çatmayıbsa, 18 il də göstərilsə, çatmayacaq”.

E. Hüseynov bu cür təbliğatın zərərli tərəfindən da danışdı: “Biz bütün görüşlərdə iş adamlarına deyirik ki, ölkəmizdə sabitlikdir, bura gəlin, sərmayə qoyun. Amma bir əcnəbi gəlib bu çarxı, yəni yanan, ölən adamları görəndə bura hansısa  yatırım qoyub iş görə bilərmi?” E. Hüseynov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sözügedən sosial çarxı Azərbaycan ordusunun qüdrətinə dair video-çarxla əvəzləməyi məsləhət gördü.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal