Modern.az

Qarabağın bərpasına 3 milyard manat ayrılacaq

Qarabağın bərpasına 3 milyard manat ayrılacaq

Qarabağ

25 Oktyabr 2022, 10:04

2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpasına 3,0 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

 

Modern.az xəbər verir ki, bu barədə oktyabrın 24-də Milli Məclisə daxil olmuş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

 

Layihədə bildirilib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur.

 

Qeyd olunub ki, 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi