Modern.az

Can qardaşlığını qan qardaşlığına çeviririk - Türkiyə səfiri

Can qardaşlığını qan qardaşlığına çeviririk - Türkiyə səfiri

Aktual

25 Oktyabr 2022, 11:08

Mərkəzi Qan Bankında “Canımız bir, qanımız bir” adlı qanvermə aksiyası keçirilir.

 

Modern.az xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov və digər şəxslər iştirak edir. 

 

Səfir Cahit Bağçı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb:

 

“Türkiyə-Azərbaycan can qardaşlığını qan qardaşlığına çeviririk. Bildiyiniz kimi, Türk Kızılay Cəmiyyəti bütün dünyada fəaliyyət göstərir. Hər zaman qardaşlarımızın yanındayıq. Biz bunun ən gözəl nümunəsini İkinci Qarabağ müharibəsində də gördük. Hər yerdə hər saniyə qardaşlarımızın yanında olduq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi