Modern.az

Sabir Rüstəmxanlı parlamentdə İTV-nin müdafiəsinə qalxdı

Sabir Rüstəmxanlı parlamentdə İTV-nin müdafiəsinə qalxdı

19 Aprel 2013, 13:33

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Sabir Rüstəmxanlı da İTV haqqında xoş sözlər söylədi: “Bu gün İTV Azərbaycan həyatında çox ciddi hadisədir, dünyanın harasına gediriksə, Azərbaycan haqqında ən dəqiq məlumatı ordan alırıq”.

S.Rüstəmxanlı aşıq musiqisi ilə bağlı S.Novruzovun fikri ilə razılaşmadı: “İTV-nin fəaliyyətinin ən uğurlu tərəflərindən biri budur ki, o, dünyanın basqısı altında arxa plana keçirilən milli-mənəvi dəyərlərimizi, o cümlədən aşıq sənətinə geniş yer ayırır. Ona görə də bunu ixtisar etməyə ehtiyac yoxdur”.

O, həmçinin qeyd etdi ki, Qarabağ məsələsi ilə bağlı verilişlər ölkə telekanallarında yetərli səviyyədə deyil: “Bu gün Qarabağı təkcə Ermənistan unutdurmur, həm də özümüz unuduruq”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal