Modern.az

Baş bankir deputatların suallarını cavablandırdı

Baş bankir deputatların suallarını cavablandırdı

Parlament

25 Oktyabr 2022, 15:56

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov və İdarə Heyətinin digər üzvləri Milli Məclisin deputatlarının suallarını cavablandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

 

Onun sözlərinə görə, AMB-nin rəhbərliyi ilə Milli Məclisdə keçirilmiş görüşdə deputatları maraqlandıran məsələlər, xüsusilə də, pul-kredit siyasəti, inflyasiya, kredit faizləri, bank sahəsinin tənzimlənməsi, bu sahəyə dəstək və bankların rolunun iqtisadiyyatda artırılması kimi məsələlər müzakirə edilib.

 

"Yaxın zamanda bu sahədə xeyli yeniliklər olacaq. Görülən və görüləcək işlərin ictimaiyyətlə kommunikasiyasının artırılması vacibdir. Bu istiqamətdə səylərimizi daha da artırmağı planlaşdırırıq", - deyə komitə sədri qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi