Modern.az

261 məktəbə yeni direktor təyin olunub - RƏSMİ

261 məktəbə yeni direktor təyin olunub - RƏSMİ

Təhsil

25 Oktyabr 2022, 16:22

İyul ayından etibarən yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilib.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsində namizədlərin test və əmək qanunvericiliyi üzrə bilikləri, tənqidi oxu bacarığı və məntiqi təfəkkürü yoxlanılıb. Müsahibə mərhələsində namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri qiymətləndirilib.

 

Müsabiqədə iştirak üçün 1962 namizəd müraciət edib, onlardan 261 nəfəri uğur qazanaraq direktor vəzifəsinə təyin olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi