Modern.az

Azərbaycanda “quş qripi”nə qarşı monitorinq başlayır

Azərbaycanda “quş qripi”nə qarşı monitorinq başlayır

19 Aprel 2013, 14:38

Aprel ayının axırı “quş qripi”nə görə növbəti monitorinq keçiriləcək. Bu barədə Modern.az-a Dövlət Baytarlıq Xidmətinun mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli məlumat verib. Onun sözlərinə görə, ayın sonunda quşlarıın cənubdan miqrasiyası ilə əlaqədar monitorinq həyata keçiriləcək.

“Azərbaycanda quşlar və heyvanlar arasında bu günə qədər “quş qripi”nin hər hansısa əlamətinə rast gəlinməyib. Cari ildə iki dəfə monitorinqlərdə 2800-dən artıq patoloji material müayinə keçirilib. Bu müayinələrin nəticələri də qənaətbəxşdir. Belə ki, xəstəlik daşıyıcısı aşkar olunmayıb. Növbəti monitorinqin isə aprelin sonlarında aparılması nəzərdə tutulur. Quşlar cənubdan şimala doğru miqrasiya edirlər. Bizdə də müvəqqəti bəzi ərazilərdə məskunlaşırlar. O cümlədən Lənkərandakı “Qızılağac”, Ağcabədidəki ki “Ağgöl”, Salyandakı “Milli Şirvan parkında” və digər ərazilərdə. Həmin ərazilərdə quşlar müvəqqəti məskunlaşdıqdan sonra şimala köç edirlər. Bu günə kimi ölkəmizdə vəziyyət sabitdir, bu sabitliyin qorunub saxlanması  istiqamətində lazımlı tədbirlər həyata keçiririk”.

Şahanə Rəhimli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal