“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılacağı tarix məlum olub.
Modern.az xəbər verir ki, layihə ilkin olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 3-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, büdcə ilə bağlı qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.