Modern.az

Sürücülərə şad xəbər: cərimə ləğv edildi

Sürücülərə şad xəbər: cərimə ləğv edildi

19 Aprel 2013, 14:43

Azərbaycanda sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə tətbiq olunan cərimə ləğv edilib.

Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik edilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişikliyi təqdim edərək bildirib ki, artıq Azərbaycanda "ASAN Xidmət" mərkəzləri fəaliyyətə başlayıb və orada ödəniş etmədən sürücülük vəsiqəsini əldə etmək olar.

Xatırladaq ki, əvvəl qanunvericilikdə sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə 40 manat miqdarında cərimə nəzərdə tutulurdu. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal