Modern.az

15 yaşı olanlara səxsiyyət vəsiqəsi veriləcək

15 yaşı olanlara səxsiyyət vəsiqəsi veriləcək

19 Aprel 2013, 15:15

Milli Məclisdə bu gün keçirilən iclasda "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunlarda dəyişikliklər edilib. Modern.az xəbər verir ki, dəyişikliyə görə pasportu 10 günədək almaq mümkün olacaq.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələ ilə bağlı açıqlamasında bildirib ki, dəyişikliklərə görə, artıq 15 yaşdan şəxsiyyət vəsiqəsi almaq mümkün olacaq.

Qeyd edək ki, dəyişikliklərə əsasən, ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra on iş günü müddətində, Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü ilə bağlı hallarda isə iki iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"də nəzərdə tutulan sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən veriləcək. 15 yaşına çatmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

"Dövlət rüsumu haqqında" qanunla nəzərdə tutulmuş hallarda ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq 5 və ya 1 iş günü müddətində verilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal