Modern.az

“Məqsədimiz ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaqdır” - Səfir

“Məqsədimiz ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaqdır” - Səfir

Aktual

25 Oktyabr 2022, 21:15

“Azərbaycanla Qazaxıstan arasında münasibətlər yüksək səviyyədə inkişaf edir”.

 

Modern.az xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov ölkəsinin Müstəqillik Günü və Qazaxıstan-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə təşkil edilən tədbirdə deyib.

 

Onun sözlərinə görə, Qazaxıstan 2022-ci ilin yanvarında baş verən iğtişaşlardan sonra həqiqi olaraq yenilənib:

 

“Bu dəyişikliklərin ən önəmli hissəsi siyasi islahatlardır. Biz həmçinin iqtisadiyyatımızı monopoliyadan azad edirik”.

 

Səfir deyib ki, Azərbaycanla Qazaxıstan strateji tərəfdaş və müttəfiqfirlər.

 

“Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin Bakıya səfəri zamanı imzalanan sənədlər ikitərəfli münasibətlərdə yeni səhifə açdı. Bizim məqsədimiz iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmini yaxın gələcəkdə 1 milyard dollara çatdırmaqdır".

 

Azərbaycanın energetika naziri Pərviz Şahbazov vurğulayıb ki, Qazaxıstan daima Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib:

 

“Azərbaycan ümumilikdə, Qazaxıstana 204 milyon dollar, Qazaxıstan isə Azərbaycana 100 milyon dollar investisiya yatırıb. Bu ilin əvvəlində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 5 dəfə artaraq 369 milyona çatıb”.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi