Modern.az

“Aqil Abbas nə deyir-desin...” - Mehriban Vəzir

 “Aqil Abbas nə deyir-desin...” - Mehriban Vəzir

19 Aprel 2013, 15:25


Modern.az-ın “Molla Nəsrəddin” jurnalı və Cəlil Məmmədquluzadə ilə bağlı başladığı polemikada Mirzə Cəlil tərəfdarları fəallaşıblar. Bir qədər əvvəl yazıçı-deputat Aqil Abbas Mehriban Vəzirin bostanına daş atmışdı. O, Qurbanəli bəyin Tiflisə gedərək “Molla nəsrəddin”çilərə “dərs verməsi” iddiasını əsassız saymışdı. “Molla Nəsrəddin” jurnalı və Mirzə Cəlilin qüsurlarını deməkdən heç vaxt çəkinməyən yazar-publisist Mehriban Vəzir söylənənlərlə bərabər, Həmid Herisçinin iddialarına da münasibət bildirdi:

“Həmidə xanım Cavanşir “Xatirələr”ində yazır ki, “Ölülər”də haqqında bəhs edilən əhvalat Naxçıvanda baş vermiş gerçək bir hadisə idi. Mirzə Cəlil o hadisəni götürüb və bir ədib kimi o tərəf-bu tərəfini bəzəyib verib. Bu, Naxçıvanda baş vermiş real hadisədir. Mirzə Cəlil ola bilsin ki, Həmid Herisçinin dediyi kimi, hansısa xarici müəllifin əsərindən təsirlənsin, amma o, Mirzə Cəlilin yaşadığı mühitdə baş vermiş hadisədir. Həqiqətən də Şeyx Nəsrullah adlı şəxs olub. Meterlinkin əsəri yazıçıya yalnız hansısa impuls verə bilərdi. Yəni əlimdəki faktlar “Ölülər”in plagiat olmadığını deyir.

Mehriban xanım Qurbanəli bəyin Mirzə Cəlilin başına tapança dayaması fikrini də təsdiqlədi. Aqil Abbasın nə deyib-deməməsindən asılı olaraq, bu, gerçək hadisədir. Həmin Qurbanəli bəyin qohumları bu gün də sağ-salamatdır və mən də onlardan biriyəm”

Elmin Nuri

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal