Modern.az

Yeni Yasamalı su basdı - VİDEO

Yeni Yasamalı su basdı - VİDEO

Hadisə

26 Oktyabr 2022, 08:20

Bakını su ilə təmin edən irihəcmli su xəttlərindən birində qəza baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən Yeni Yasamal yaşayış kompleksində qeydə alınıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Əsəd Əliyev küçəsində yüksək təzyiqli yeraltı xətt deşilərək 1,5-2 metr hündürlüyündə fontan vurub və küçəni su basıb. Nəticədə ərazidəki bir sıra obyektlərə ziyan dəyib.

 

Dərhal ərazidə xidmət aparan polis əməkdaşları məsələyə müdaxilə edib. Vətəndaşlara dəyən ziyanın qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

 

Polis əməkdaşları hadisə yerinə aidiyyəti dövlət qurumlarının cəlb olunması istiqamətində onları məlumatlandırıblar.

 

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB