Modern.az

Bakıda piyadanı maşın vurub öldürdü

Bakıda piyadanı maşın vurub öldürdü

Hadisə

26 Oktyabr 2022, 09:44

Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində naməlum avtomobil piyadanı vurub.

 

Modern.az xəbər verir ki, hadisə ötən gecə saat 2-də "Rosil" yanacaq doldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

 

Belə ki, naməlum avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü piyada Elçin Babayev Aydın oğlunu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım