Modern.az

“Bu, böyük səadətdir ki, bizə nəsib oldu” - ANAR

“Bu, böyük səadətdir ki, bizə nəsib oldu” - ANAR

26 Oktyabr 2022, 11:52

Qurultay 3 il əvvəl olmalı idi. Gecikmənin səbəbi pandemiyadır, amma buna baxmayaraq, qurultaya hazırlıq işləri görülüb və AYB-də müzakirələr aparılıb.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev AYB-nin XIII qurultayında çıxışı zamanı deyib. 

 

"Hər şeyə iki cür baxmaq olar, pis və yaxşı gözlə. Bu gün biz qurultayı zəfər çalmış ölkənin nümayəndələri kimi keçiririk. Bu gün torpaqlarımızın azad olunmasını ölkəmizin gözü, tacı olan Şuşada alnıaçıq qeyd edirik. Bu, böyük səadətdir ki, bizə nəsib oldu", - yazıçı Anar bildirib.

 

Qeyd edək ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi