Modern.az

Əliyev-Putin-Paşinyan görüşünün vaxtı və yeri AÇIQLANDI

Əliyev-Putin-Paşinyan görüşünün vaxtı və yeri AÇIQLANDI

26 Oktyabr 2022, 12:00

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü oktyabrın 31-də Soçi şəhərində keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli jurnalistlərə açıqlamasında deyib.

 

Erməni spiker Nikol Paşinyanın Soçiyə səfər edəcəyini təsdiqləyib.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderlərini Moskvaya dəvət edib. Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova mətbuata açıqlamasında bildirib ki, prezidentlərin iştirakı ilə üçtərəfli və ikitərəfli görüşlərin keçirilməsi, aktual mövzular ətrafında müzakirələrin aparılması planlaşdırılır.

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Moskvanın üçtərəfli görüşə hazırlaşdığını vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama