Modern.az

Yeni direktor təyinatları - Biri şəhid anası, digəri oğludur

Yeni direktor təyinatları - Biri şəhid anası, digəri oğludur

26 Oktyabr 2022, 13:02

Aprel şəhidi Müşfiq Orucovun anası Aygün Məmmədli Zəngilan rayon 7 nömrəli tam orta məktəbə direktor təyin olunub.

 

Modern.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
 

Bundan öncə Aygün Məmmədli Zəngilan rayon 7 nömrəli tam orta məktəbdə direktor müavini işləyib.


Nazirin digər əmri ilə Birinci Qarabağ müharibəsi şəhidi Dadaş Zeynalovun oğlu Camal Zeynalov Zəngilan rayon 23 nömrəli tam orta məktəbə direktor təyin edilib.

 

O, Zəngilan rayonu 11 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza