Məşhur rusiyalı teleaparcı Kseniya Sobçak ölkənin "Rostex" dövlət korporasiyasından pul tələb etməkdə ittiham olunur.
Modern.az verir ki, bu barədə Rusiya KİV-ləri hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Sobçak Rusiya Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsinin "b" bəndi (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) ilə şübhəli bilinir.
Qeyd olunan maddə əsasında aparıcını 15 ilə qədər həbs gözləyir.
Sobçak haqqında həbs qərarının verildiyini öyrəndikdən sonra ötən gecə Rusiyadan qaçıb. Hüquq-mühafizə orqanları onun evində və avtomobilində axtarış aparıb.