İcimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru postuna bu günə nəzərdə tutulmuş seçkilər təxirə salınıb. Bu barədə Modern.az-a Yayım Şurasının üzvü, deputat Fuad Muradov bildirib.
“Gələn həftə İTV-nin Yayım Şurası toplanacaq və qurumun baş direktorunu seçəcək”-deyə F.Muradov bildirib.“Baş direktorluğa namizədlər içində Cəmil Quliyevin adı hallanır. Bu barədə nə deyə bilərsiniz?” sualını deputat belə cavablandlırıb. “Bəli, namizədlər arasında Cəmil Quliyevin də adı var”.
Qeyd edək ki, İTV-nin baş direktorlunun seçkisi aprelin 20-nə təyin olunmuşdu.
Modern.az