Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Modern.az – a verdiyi məlumata görə, istirahət günü Azərbaycan ərazisində hava nisbətən yağmurlu keçəcək, bəzi yerlərdə sulu qar yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Əsasən, səhər və axşam bəzi yerlərdə yağış yağacaq, şimal-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında gecə 5-8, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı gözlənilir, dağlıq ərazilərdə sulu qara keçəcəyi proqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək.
Gecə 4-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-5 dərəcə isti, bəzi yerlərdə 2 dərəyəcədək şaxta olacağı proqnozlaşdırılır.
Deportamentdən bildirilib ki, Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti aprelin 25-dək davam edəcək.
Qeyd edək ki, mövcud temperatur çoxillik iqlim normasından 2-3 dərəcə aşağıdır.