Modern.az

Oğlu qəzada ölən deputat özünü GÜLLƏLƏDİ

Oğlu qəzada ölən deputat özünü GÜLLƏLƏDİ

27 Oktyabr 2022, 11:08

Hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasından seçilən deputat İrakli Xaxubia evində ölü tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik-Georgia" məlumat yayıb. 

 

Bildirilib ki, deputatın meyitinin yanında odlu silah aşkarlanıb. İlkin ehtimala görə, 51 yaşlı siyasətçi intihar edib. 

 

Hələlik hadisənin detalları məlum deyil. 

 

Yerli mediada yayılan xəbərlərdə qeyd olunub ki, oğlunun ölümündən sonra deputatın səhhətində problemlər yaranıb. 21 yaşlı Beka Xaxubia 2017-ci il mayın 17-də avtomobil qəzasında dünyasını dəyişib. Məlum hadisədən sonra deputat dərin sarsıntı keçirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU