Modern.az

Şəhid qardaşına qarşı dələduzluq - DİN araşdırmalara başladı

Şəhid qardaşına qarşı dələduzluq - DİN araşdırmalara başladı

Aktual

27 Oktyabr 2022, 15:12

Uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova qarşı dələduzluq edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat verilib.

 

"Uşaq evində böyüyən şəhidimiz Səbuhinin qardaşı Sənana xarici nömrədən zəng edilib. Zəngi edən şəxs bloqer Hüseyn Həsənovun qohumu olduğunu qeyd edərək Sənandan pul köçürmək üçün hesab nömrəsi istəyib. Sənan hesab nömrəsini deyib. Daha sonra ondan göndərilən kodu deməsi istənilib. Kodu deyən kimi kart hesabındakı pullar çəkilib. Zəngi edən şəxs Sənanın şəhid qardaşı olduğunu bilib. Azərbaycan dilində danışırmış. Zəng edilən nömrə +7939803-81-83".

 

Daxili İşlər Nazirliyinin (DİN) şöbə rəisi Elşad Hacıyev Modern.az-a açıqlamasında məsələnin nəzarətə götürüldüyünü bildirib:

 

"Hazırda araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama