Modern.az

XİN Brüsseldə görüş keçiriləcəyini TƏSDİQLƏDİ

XİN Brüsseldə görüş keçiriləcəyini TƏSDİQLƏDİ

Aktual

27 Oktyabr 2022, 21:34

Gələn ay Brüsseldə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə komissiyanın iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.

 

“Noyabr ayının ilk günlərində Brüssel şəhərində delimitasiya üzrə komissiyaların iclası keçiriləcək. Həmin iclasdan sonra delimitasiya komissiyasının katibliyi tərəfindən ictimaiyyətə açıqlama veriləcək”,-  nazir müavini deyib 

 

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan baş nazirinin müavini Miqer Qriqoryanın ofisi Brüsseldə görüşün keçiriləcəyi barədə məlumat yaymışdı.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi