Modern.az

Eynulla Fətullayev yeni qəzet və portal açır: “Komanda yığırıq”- AÇIQLAMA

Eynulla Fətullayev yeni qəzet və portal açır: “Komanda yığırıq”-  AÇIQLAMA

20 Aprel 2013, 17:10


Tanınmış hüquq müdafiəçisi Eynulla Fətullayev yeni bir media layihəsinə start verməyə hazırlaşır. Modern.az bildirir ki, E.Fətullayevin rəhbərlik edəcəyi yeni internet portal üçün artıq jurnalist heyəti yığır.

Modern.az-a açıqlamasında hüquq müdafiəçisi məlumatı təsdiq edib. “Bu məlumat doğrudur. Hazırda haqqın.az saytı fəaliyyət göstərir. Bundan sonra isə Azərbaycan dilində də layihə üzərində işləyirik. Yaxın zamanlarda bu internet portal fəaliyyətə başlayacaq”-deyə E. Fətullayev vurğulayıb.   Eynulla Fətullayev yeni portalın adını deməyib. Onun sözlərinə görə, portalın adı ilə bağlı xüsusi açıqlama olacaq. “Qəzetin də nəşrə başlaması gözlənilir. Biz jurnalistlərdən ibarət komanda yığırıq. Bu layihədə  tanınmış imzalar da olacaq. Xəbər portalı ilə yanaşı qəzet də nəşrə başlayacaq”-deyə hüquq müdafiəsi bildirib.

  Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi