Modern.az

Bu il itirdiyimiz hərbçilərin sayı 29 nəfər çatdı

Bu il itirdiyimiz hərbçilərin sayı 29 nəfər çatdı

21 Aprel 2013, 23:43

"Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən, adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 29 nəfər təşkil edib. 
"Doktrina”dan Modern.az-a verilən məlumata görə, ötən müddətdə 33 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə
dünyalarını dəyişənlərin 5-i döyüş (5 nəfər erməni gülləsi), 24-ü isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).

3 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma), 3 nəfər avtoqəzadan,  3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən,  1 nəfər ehtiyatsızlıqdan,  2 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. 7 nəfər intihar edib.
Dünyasını dəyişənlərin 24-ü Müdafiə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin, 2-si Daxili Qoşunların, 1-i XDMI-nin, 1-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (33 nəfər) onların 8-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 1-i intihara cəhddən, 3-ü mülki şəxslərlə davadan, 6-ı erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın və s.), 10-u isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 30 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 3 nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal