Modern.az

Elə yerlər var ki, 10 dəfə yandırılıb - Nazir müavini

Elə yerlər var ki, 10 dəfə yandırılıb - Nazir müavini

Hadisə

28 Oktyabr 2022, 15:52

İşğaldan azad olumuş ərazilərdə elə yerlər var ki, bəlkə 10 dəfə ermənilər tərəfindən yandırılıb.

 

Modern.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə 60 min hektara yaxın meşə və qeyri-meşə fondu torpaqlarımız məhv edilib.

 

"Demək olar bütün canlılar məhv olub. Bəzi yerlər var ki, çəpərlənməsi nəzərdə tutulur. Böyük qayıdışın tərkib hissəsi həmin ərazilərin bərpasıdır. Yanğından yaşıllığa devizi altında tədbirlər keçirib, toxumlar səpirik. Dəfələrlə bununla bağlı beynəlxalq təşkilatlara müraciət etmişik. Lakin ikili standartlar tətbiq olunduğundan müraciətlərimizə cavab verilməyib", - deyə nazir müavini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU