Modern.az

İsmayıllının icra başçısı Nizami Ələkbərovun kadrlarını işdən qovdu

İsmayıllının icra başçısı Nizami Ələkbərovun kadrlarını işdən qovdu

22 Aprel 2013, 10:19

İsmayıllının yeni icra başçısı Mirdamət Sadıqov rayon İcra Hakimiyyətində bir sıra kadr dəyişikliyi edib. Prezidentin sərəncamı ilə bu ilin fevral ayında icra başçısı postuna təyinat alan M.Sadıqov keçmiş icra başçısı Nizami Ələkbərovun kadrlarını ixtisara salıb.

Modern.az saytının məlumatına görə, M.Sadıqovun göstərişilə İcra Hakimiyyətinin birinci müavini Rafael Ağayev və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əzizə Vahabova işdən çıxarılıb. Məlumatı rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

İsmayıllıda baş verən hadisələr üzündən qəzəbə tuş gələn eks-icra başçısı Nizami Ələkbərovun digər kadrlarının da tutduqları postlardan uzaqlaşdırılacağı gözlənilir.

Mirdamət Sadıqov bu ilin fevral ayında prezident İlham Əliyevin sərəncamı ilə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal