Modern.az

Qarabağın erməni əhalisinin hüquqları təmin ediləcək - Spiker

Qarabağın erməni əhalisinin hüquqları təmin ediləcək - Spiker

Parlament

28 Oktyabr 2022, 21:37

"Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycanla bağlı həqiqətdən uzaq iddialarına cavab verərkən deyib.

 

Spiker vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, Azərbaycan öz daxili məsələlərini bu və ya digər ölkə ilə müzakirə etmək fikrində deyil:

 

"Onlar Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malik olacaqlar. Onlar əmin ola bilərlər ki, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmuş həyatları indikindən qat-qat yaxşı olacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi