Modern.az

ABŞ-ın müdafiə naziri İranı hədələdi

ABŞ-ın müdafiə naziri İranı hədələdi

22 Aprel 2013, 10:49

ABŞ-ın müdafiə naziri ÇaK Haqel vəzifəsinə başlar-başlamaz İranı hədələyib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün nazir kimi rəsmi fəaliyyətə başlayan Haqel İsrailə səfər edib.

Nazir ABŞ-ın İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistana satdığı 10 milyard dollarlıq silahın İrana qarşı açıq şəkildə mesaj olduğunu bildirib.

İrana qarşı müharibə variantının hələ də danışıqlar mövzusu olduğunu deyən müdafiə naziri problemlərin aradann qaldırılması üçün səy göstərəcəyini deyib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal