Modern.az

Ələt-Astara yolunda mikroavtobus aşdı - Ölən və yaralananlar var

Ələt-Astara yolunda mikroavtobus aşdı - Ölən və yaralananlar var

Aktual

29 Oktyabr 2022, 14:40

Daxili İşlər Nazirliyi Ələt-Astara yolunda baş verən qəza ilə bağlı məlumat yayıb.

 

Nazirliyin Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, bu gün saat 14 radələrində Lökbatan qəsəbəsindən Ümid qəsəbəsinə 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusu sürücünün idarəetməni itirməsi səbəbindən aşıb.

 

Nəticədə avtobusda olan sərnişinlərdən 8 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə cəlb olunan polis əməkdaşları tərəfindən yaralılara ilkin tibbi yardım göstərilib. Daha sonra təcili yardıma məlumat verilib və xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB