Modern.az

Bakı Sağlamlıq Mərkəzində yanğın olub - YENİLƏNİB

Bakı Sağlamlıq Mərkəzində yanğın olub - YENİLƏNİB

Hadisə

30 Oktyabr 2022, 01:58

Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Bakı Sağlamlıq Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin(FHN) yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

 

FHN-nin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.

 

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən Bakı Sağlamlıq Mərkəzində yanğın olması barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU